Proqramçılar üçün hazırlanmış yeni VS Code genişlənməsi bir neçə aparıcı süni intellekt modelini eyni çat mühitində birləşdirərək kod üzərində paralel müzakirə və analiz imkanı yaradır. Genişlənmə vasitəsilə modellər eyni tapşırıq üzərində fərqli yanaşmalar təklif edir və qarşılıqlı şəkildə həlləri təkmilləşdirirlər.
Redaksiya məlumat verir ki, bu sistem real vaxt rejimində “beyin həmləsi” prinsipi ilə işləyir və kodun optimallaşdırılması, səhvlərin aradan qaldırılması, sürətin artırılması və test mərhələlərinin paralel icrasını təmin edir. İstifadəçi eyni layihə çərçivəsində müxtəlif modellərin arqumentlərini müqayisə edə bilir.
Genişlənmədə ümumilikdə 16 fərqli inkişaf etdirici rolu mövcuddur. Bu rollara proqram memarı, informasiya təhlükəsizliyi mütəxəssisi, testçi, front-end və back-end tərtibatçısı kimi profillər daxildir və istifadəçi istədiyi rolu aktivləşdirə bilir.
Bundan əlavə, giriş nəzarəti funksiyası vasitəsilə süni intellekt modellərinin layihə fayllarını yalnız oxuması və ya birbaşa redaktə etməsi seçilə bilir. Bildirilir ki, genişlənmə tamamilə ödənişsizdir və inkişaf etdiricilər üçün şəxsi virtual komanda kimi fəaliyyət göstərir.
