Yeni qaydalar 3 mühüm nəticəni vəd edir – TƏHLİL

Yeni qaydalar 3 mühüm nəticəni vəd edir – TƏHLİL

Sevinc Kərimova · Hərbi ·

Kəşfiyyat və əks-kəşfiyyat strukturlarının maliyyəsinə nəzarətlə bağlı yeni təsdiqlənmiş qaydalar, əslində, dövlətin təhlükəsizlik arxitekturasında baş verən daha geniş dəyişikliklərin bir parçasıdır.

Bu qərar yalnız maliyyə intizamının gücləndirilməsi deyil — əməliyyat səmərəliliyini, şəffaf resurs bölgüsünü və milli təhlükəsizlik sisteminin çevikliyini artıran institusional yenilənmədir.

Müasir təhlükəsizlik mühitində — müharibələrin sərhəd tanımadığı, kiber və hibrid təhdidlərin dövlətləri “görünmədən” hədəfə aldığı bir dövrdə — kəşfiyyat xidmətlərinin düzgün maliyyələşməsi qədər, o maliyyənin necə istifadə olunmasına nəzarət də strateji əhəmiyyət daşıyır.

Yeni qaydalar 3 mühüm nəticəni vəd edir:
1. Risklərin idarə olunması güclənir — ayrılan vəsaitlərin məqsədyönlü istifadəsi, əməliyyat resurslarının dağıdıcı deyil, dəqiq təsir gücünə çevrilməsinə xidmət edəcək.
2. Milli təhlükəsizlik siyasətində hesabatlılıq artır — bu, həm də kəşfiyyat institutlarının institusional dayanıqlığını gücləndirən faktordur.
3. Əməliyyat effektivliyi yüksəlir — modern kəşfiyyat, yalnız məlumat toplamaq deyil, sürətli qərar mexanizmləri üçün dayanıqlı maliyyə sisteminə ehtiyac duyur.

Prezident İlham Əliyevin imzaladığı fərman, zənnimcə, Azərbaycanın təhlükəsizlik sektorunda son illər aparılan struktur islahatlarının daha bir strateji mərhələsidir.

Bu addım, ölkənin kəşfiyyat imkanlarının həm regional, həm də qlobal təhdid modellərinə adaptasiyasını sürətləndirəcək.

Hərbi-siyasi təhlilçi
Fərdin İsazadə