Azərbaycan Prezidentinin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Fərmayıl oğlu Məmmədov bu gün Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Redaksiya AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
O.Məmmədov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib.

Yeni icra başçısı kollektivə təqdim olundu
Aytac Dəniz · Siyasət ·