Yeni bildiriş fırıldağı iPhone istifadəçiləri üçün risk yaradır

Yeni bildiriş fırıldağı iPhone istifadəçiləri üçün risk yaradır

Fərid Əlizadə · Texnologiya ·

iPhone istifadəçiləri arasında saxta bildirişlər vasitəsilə Apple ID məlumatlarının oğurlanması halları artdığı bildirilir. Fırıldaqçılar cihazın ekranında qəfil parol sorğusu yaradaraq istifadəçiləri çaşdırmağa və şəxsi məlumatlara çıxış əldə etməyə çalışırlar.

Redaksiya xəbər verir ki, bu üsul vasitəsilə istifadəçi parolu daxil etdikdə fırıldaqçılar dərhal cihazı bloklayır, sonradan isə pul tələb edirlər. Məlumatlara görə, ödəniş edilsə belə, dələduzlar tələbkarlığı dayandırmır və nəticədə cihaz tam yararsız vəziyyətə düşə bilir.

Mütəxəssislər istifadəçilərə hər hansı parol sorğusunu diqqətlə yoxlamağı, şübhəli pəncərələrdə məlumat daxil etməməyi tövsiyə edirlər. Parol səhvən daxil edildiyi halda dərhal cihazın parametrlərindən hesab parolunu dəyişmək tövsiyə olunur. Bu addım vaxt qazanmağa və cihazın ələ keçirilməsinin qarşısını almağa kömək edə bilər.