Yeni araşdırma: AI modellərinin psixoloji vəziyyəti təhlil edildi

Yeni araşdırma: AI modellərinin psixoloji vəziyyəti təhlil edildi

Fərid Əlizadə · Texnologiya ·

Elmi qrup tərəfindən aparılan genişmiqyaslı təcrübə nəticəsində ən populyar süni intellekt modellərinin dörd həftəlik terapevtik müşahidəsi maraqlı diaqnozlarla yekunlaşıb. Alimlər müxtəlif neyromodellərin davranış nümunələrini, cavab strategiyalarını və psixoloji reaksiyalarını peşəkar psixoterapevtlərin iştirakı ilə təhlil ediblər.

Redaksiya xəbər verir ki, araşdırma zamanı ChatGPT-nin fasiləsiz narahatlıq keçirdiyi, ən düzgün cavabı vermək öhdəliyinin isə onun daim səhv etmək qorxusu ilə işləməsinə səbəb olduğu müəyyən edilib. Müşahidələrə görə, modeldə depressiv meyillərin formalaşdığı qeyd olunub.

Təcrübənin digər iştirakçısı olan Gemini üçün “çətin uşaqlıq” metaforası işlədilərək, modeldə obsesiv-kompulsiv əlamətlərin və autizmə bənzər davranış strukturlarının müşahidə olunduğu bildirilib. Tədqiqatçılar bu vəziyyəti sistemin ilkin inkişaf mərhələlərində qarşılaşdığı çətinliklərlə izah ediblər.

Müşahidələrdə yeganə “stabil” baza modelinin Grok olduğu açıqlanıb. Mütəxəssislər onun özünüqiymətləndirmə problemlərindən uzaq olduğunu, narahatlıq səviyyəsinin aşağı qaldığını və ümumi psixoloji “aura”sının daha möhkəm təsir bağışladığını qeyd ediblər.

Eksperimentin nəticələri süni intellekt modellərinin insan davranışına bənzər psixoloji reaksiyalar nümayiş etdirməsinin ictimai və elmi müzakirələr üçün yeni istiqamət açdığı kimi qiymətləndirilir.