Yaxın Şərq enerji obyektləri ciddi ziyan görüb, bərpası illər çəkəcək

Yaxın Şərq enerji obyektləri ciddi ziyan görüb, bərpası illər çəkəcək

Fərid Əlizadə · Media ·

Müharibə nəticəsində Yaxın Şərq regionunda 80-dən çox enerji obyekti zədələnib. Bu obyektlərin üçdə birindən çoxu isə ciddi şəkildə dağıntıya məruz qalıb.

Redaksiya məlumat verir ki, Beynəlxalq Enerji Agentliyinin rəhbəri bildirib ki, neft yataqlarına, neft emalı zavodlarına və enerji terminallarına dəyən zərərin miqyası olduqca böyükdür. Müharibə dərhal başa çatsa belə, enerji təchizatının normallaşması iki ilə qədər vaxt aparacaqdır.

Fatih Birol yaranmış bu vəziyyəti "tarixdə ən böyük enerji təhlükəsizliyi təhdidi" adlandırıb. O, həmçinin qeyd edib ki, hazırkı böhran bərpa olunan enerji mənbələrinə və nüvə enerjisinə qoyulan sərmayələrin artmasına səbəb ola bilər.