Avqustun 18-i və 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bölgələrdə də yaxın iki gün ərzində - avqustun 18-i və 19-da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. “Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 31-36, dağlıq ərazilərdə 20-25 dərəcə isti olacaq”, - deyə G.Məmmədova qeyd edib.

Yaxın iki gündə hava necə olacaq?
Aytac Dəniz · Hava ·