Yann LeCun Meta-nın AI rəhbərliyini tənqid etdi, kadr axını xəbərdarlığı etdi

Yann LeCun Meta-nın AI rəhbərliyini tənqid etdi, kadr axını xəbərdarlığı etdi

Sona Osmanova · Texnologiya ·

Dünyaca məşhur süni intellekt tədqiqatçısı Yann LeKun Meta şirkətində baş verən son idarəetmə dəyişikliklərini kəskin tənqid edib. Onun sözlərinə görə, şirkətin yeni süni intellekt rəhbərliyinə gətirilən şəxsin təcrübəsizliyi Meta daxilində ciddi narazılıqlara səbəb olub.

Redaksiya xəbər verir ki, Meta yeni süni intellekt tədqiqat bölməsinə Scale AI şirkətinin təsisçisi, 29 yaşlı Aleksandr Vanqı rəhbər təyin edib. Şirkət bu məqsədlə Scale AI-nin bir hissəsini almaq və Vanqı komandaya cəlb etmək üçün 14 milyard dollar ödəyib.

Yann LeKun bildirib ki, Aleksandr Vanq elmi tədqiqat mühitinin iş prinsiplərini və tədqiqatçıların real ehtiyaclarını kifayət qədər anlamır. O, həmçinin Meta-nın Llama 4 süni intellekt modeli ilə bağlı bəzi test nəticələrinin saxtalaşdırıldığını iddia edib və bunun Meta-nın baş icraçı direktoru Mark Zukerberqi qəzəbləndirdiyini deyib.

LeKun-un sözlərinə görə, yaranmış böhran səbəbindən artıq bir çox əməkdaş şirkəti tərk edib və yaxın dövrdə bu prosesin sürətlənəcəyi gözlənilir. O, iri dil modellərinin perspektivsiz olduğunu vurğulayaraq, gələcəkdə fiziki aləmi müşahidə etməklə öyrənən yeni nəsil süni intellekt sistemləri üzərində çalışacağını açıqlayıb.