"Yandex" axtarış sisteminin Azərbaycandakı payı 9 dəfə azalıb

"Yandex" axtarış sisteminin Azərbaycandakı payı 9 dəfə azalıb

Aytac Dəniz · Texnologiya ·

Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, iyul ayına nisbətən 1,06 faiz bəndi az, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 16,63 faiz bəndi çoxdur.

İkinci pillədəki "Yandex"in bazar payı aylıq müqayisədə 0,93 faiz bəndi artaraq, illik isə 14,88 faiz bəndi və ya 9 dəfə azalaraq 1,89 %-də qərarlaşıb.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı ay ərzində 0,06 faiz bəndi artaraq, illik isə 0,74 faiz bəndi azalaraq 0,57 % olub.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,05 faiz bəndi artaraq, illik müqayisədə isə 0,47 faiz bəndi azalaraq 0,11 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,03 faiz bəndi artaraq, illik müqayisədə isə 0,45 faiz bəndi azalaraq 0,07 % olub.