Yair Lapid: “Türkiyə hava sahəsində bizimlə tarazlıq yaratmaq istəyir”

Yair Lapid: “Türkiyə hava sahəsində bizimlə tarazlıq yaratmaq istəyir”

Sevinc Kərimova · Siyasət ·

İsrail müxalifət lideri Yair Lapid Almaniyanın Türkiyəyə "Eurofighter Typhoon" döyüş təyyarələri satışı ilə bağlı kəskin açıqlama verib.

Redaksiya xəbər verir ki, Lapid bu alışın İsrailin strateji üstünlüyünü təhdid etdiyini bildirib: “Türkiyə artıq Orta Şərqin ən böyük və ən güclü donanmasına sahibdir. İndi isə məqsədi hava sahəsində İsrail ilə tarazlıq yaratmaqdır. İşə yaramaz hökumətimiz isə bu razılaşmanın heç bir etiraz olmadan irəliləməsinə imkan verdi”.

Lapid hökuməti passivlikdə ittiham edərək, bu məsələnin milli təhlükəsizlik baxımından ciddi risklər yaratdığını vurğulayıb.

Sevinc Kərimova