Roma Papası XIV Leo beynəlxalq ictimaiyyətə çağırış edərək bölgədəki gərginliyin daha faciəvi nəticələr doğurmadan dayandırılması üçün hər kəsin mənəvi məsuliyyət daşıdığını bildirib.
Redaksiya xəbər verir ki, Papa çıxışında vurğulayıb: “Beynəlxalq ictimaiyyətin hər bir üzvü, müharibənin geri dönüşü olmayan bir uçuruma çevrilməsinə imkan vermədən əvvəl, onun faciəsini dayandırmaq üçün mənəvi məsuliyyət daşıyır.”
Vatikan rəhbərinin bu çağırışı ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumdan sonra səsləndirilib və qlobal liderlərin dialoq və sülhə yönəlməsi üçün çağırış kimi qəbul olunur.
Sevinc Kərimova
