WUF13-də iştirakla bağlı bu günədək 177 ölkədən 28 mindən çox insan qeydiyyatdan keçib

WUF13-də iştirakla bağlı bu günədək 177 ölkədən 28 mindən çox insan qeydiyyatdan keçib

Yulduz Səlimov · Siyasət ·


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasında deyib.

S.Nuriyev onların təxminən yarısını xarici nümayəndələr təşkil etdiyini bildirib, bunun WUF13-ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.