Birləşmiş Ərəb Əmirliklərinin İran müharibəsi zamanı gizli şəkildə onlarla hava zərbəsi həyata keçirdiyi bildirilir.
Redaksiya The Wall Street Journal-a istinadla xəbər verir ki, BƏƏ zərbələri ABŞ və İsraillə koordinasiyada həyata keçirib.
Məlumata görə, hücumların əsas hədəfləri İranın hərbi obyektləri, enerji infrastrukturu və Hörmüz boğazı ətrafındakı strateji nöqtələr olub.
WSJ yazır ki, BƏƏ-nin əməliyyatları müharibə dövründə əvvəllər bilinməyən dərəcədə geniş olub və bəzi zərbələr atəşkəs elanından sonra da davam edib.
Nəşrin məlumatına görə, Əbu-Dabinin bu addımları İranın BƏƏ infrastrukturuna qarşı geniş raket və dron hücumlarına cavab kimi qiymətləndirilib.
Hadisə Körfəz ölkələrinin İranla qarşıdurmada əvvəlkindən daha aktiv hərbi rol oynadığını göstərir.
Məlumata əsasən, BƏƏ-nin bu gizli iştirakı Səudiyyə Ərəbistanı ilə münasibətlərdə də gərginlik yaradıb. Riyad diplomatik xətti üstün tutduğu halda, Əbu-Dabi daha sərt hərbi mövqe nümayiş etdirib.
Hələlik BƏƏ, ABŞ və İsrail tərəfləri WSJ-nin bu iddial
