Meta WhatsApp Plus adlı yeni ödənişli abunəlik planını rəsmi olaraq istifadəyə verməyə başlayıb.
Redaksiya xəbər verir ki, WhatsApp bir müddətdir test etdiyi bu isteğe bağlı abunə modelini mərhələli şəkildə dünya üzrə aktivləşdirir.
WhatsApp Plus əsas mesajlaşma funksiyalarını dəyişmir. Pulsuz istifadəçilər indiyə qədər istifadə etdikləri əsas imkanlardan yararlanmağa davam edəcəklər.
Yeni abunəlik daha çox tətbiqdə çox vaxt keçirən və əlavə fərdiləşdirmə istəyən istifadəçilərə yönəlib.
WhatsApp Plus çərçivəsində premium stikerlər, xüsusi tətbiq temaları, fərqli tətbiq ikonları, daha çox sabitlənmiş söhbət, premium zəng melodiyaları və genişləndirilmiş söhbət siyahısı fərdiləşdirməsi təqdim olunur.
Meta bildirir ki, WhatsApp Plus-a yalnız iPhone və Android-dəki WhatsApp Messenger tətbiqi üzərindən abunə olmaq mümkündür. Hər WhatsApp hesabı üçün yalnız bir Plus abunəliyi aktiv edilə bilər.
Abunəlik qiyməti ABŞ-da aylıq 2,99 dollar olaraq müəyyən edilib.
Funksiya mərhələli şəkildə yayıldığı üçün bütün ölkələrdə və bütün hesablar üçün eyni anda görünməyə bilər.
