Rekabet Qurumu, Türkiyədəki ödəniş təşkilatlarının xarici ödəniş yerlərinə xidmət göstərməsinə mane olduğu iddia edilən Mastercard və Visa şirkətləri haqqında araşdırma başladığını açıqladı. Bu addım, qlobal kart ödəniş sistemləri bazarında fəaliyyət göstərən iki nəhəng şirkətin Türkiyə bazarına təsiri ilə bağlı narahatlıqları artırıb.
Redaksiya məlumat verir ki, Qurumun verdiyi açıqlamaya görə, Türkiyədə fəaliyyət göstərən ödəniş qurumları xaricdə yerləşən ticarət obyektləri ilə bağladıqları “ikitərəfli sazişlər” vasitəsilə, türk istehlakçılarının ödənişlərini yerli şəkildə emal etməklə xidmət göstərə bilirlər.
Bu model sayəsində əməliyyatlar Mastercard və ya Visa-nın xaricdəki ödənişlərə tətbiq etdiyi əlavə xidmət haqlarına məruz qalmadan həyata keçirilə bilir.
Lakin Rekabet Qurumunun yerində apardığı yoxlamalar zamanı əldə etdiyi ilkin məlumatlar göstərib ki, Mastercard və Visa bu cür ikitərəfli razılaşmaları öz “şəbəkə qaydalarına” zidd hesab edərək əngəlləməyə çalışır.
Açıqlamada bildirilib ki, bu iki şirkət həmin razılaşmaları həyata keçirən ödəniş qurumları ilə işləyən bankalara sanksiyalar tətbiq etmək kimi üsullarla təzyiq göstərə bilir.
Aparılan istintaq çərçivəsində “Mastercard və Visa tərəfindən kartlı ödəniş/POS infrastrukturunun xaricdə yerləşən iş yerlərində istifadəsinin qarşısının alınması” və bu yolla “alternativ ödəniş həllərinin bazardan sıxışdırılması” kimi iddialar ətraflı şəkildə araşdırılacaq.
Fərid Əlizadə
