Anthropic şirkətinin ilk developer konfransı keçirilib və süni intellekt agentlərinin gələcəyi müzakirə edilib. Tədbirdə şirkətin baş direktoru Dario Amodei, insan əməyinin gələcəkdə süni intellekt sistemləri tərəfindən əvəz olunacağını bildirib.
Redaksiya məlumat verir ki, San-Fransiskoda keçirilən konfransda əsas məqsəd, avtonom süni intellekt agenti formasında "virtual əməkdaş" yaratmaqdır. Amodei, tədbirdə iştirak edənlərə bildirib ki, hər bir insanın gördüyü işi gələcəkdə süni intellekt sistemləri görəcək. Şirkətin baş məhsul direktoru Mayk Kriqer isə, ilk milyard dollarlıq şirkətin bir işçisi ilə nə vaxt yaranacağını soruşduqda, Amodei 2026-cı ili qeyd edib. Kriqer, agentlərin işçiləri əvəz etməyəcəyini, sadəcə insanlara tapşırıqları yerinə yetirməkdə kömək edəcəyini vurğulayıb.
Konfransda, mühəndislərin işə götürülmə müddətinin bir neçə həftədən bir neçə günə qədər azaldığı qeyd edilib. Amodei, xüsusilə Opus-un kibertəhlükəsizlik və biomedikal tədqiqatlarda kömək etmək qabiliyyətindən həyəcan duyduğunu bildirib. Anthropic, biomedikal tədqiqatlara böyük diqqət yetirir və bioloji və genetik tədqiqatçılara 20 min dollara qədər API krediti təklif edir.
Amodei, süni intellektin inkişafı ilə bağlı təhlükəsizlik tədbirlərinin zəiflədilməsi ilə bağlı narahatlığını ifadə edib. O, şirkətin həm rəqabət aparmalı, həm də süni intellekti təhlükəsiz şəkildə tətbiq etməli olduğunu bildirib. Konfransda, Anthropic-in son bir ildə iki dəfə böyüyərək 1300 işçiyə çatdığı və 61,5 milyard dollar dəyərində olduğu vurğulanıb.
Fərid Əlizadə
