İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq məqsədilə İtaliyadan yola çıxan Azadlıq Koalisiyası Konvoyuna aid “Vicdan” gəmisi hazırda Krit adası açığında hərəkətdədir. Gəmi daha əvvəl, may ayında Malta açığında pilotsuz uçuş aparatı hücumuna məruz qalmışdı.
Redaksiya xəbər verir ki, Qlobal Sumud Konvoyunun ikinci dalğası olan Azadlıq Koalisiyası ümumilikdə 11 gəmi ilə Qəzzaya doğru irəliləyir. Bu missiya çərçivəsində müxtəlif ölkələrdən yüzlərlə aktivist bölgəyə humanitar yardım çatdırmaq niyyətindədir.
İsrailin radikal sağçı təhlükəsizlik naziri İtamar Ben Qvir isə Qlobal Sumud Konvoyuna qoşulan humanitar fəalların sərt şəraitdə cinayətkar kimi saxlanıldığını bildirib. O, yayımladığı videoda “terrorçuları dəstəkləyən bu flotiliya üzvləri Negev düşərgəsində diversantlarla eyni münasibət görür” deyərək, fəalları birbaşa “terrorçu” adlandırıb.
