Vens Qətər Baş naziri ilə İranı müzakirə edir

Vens Qətər Baş naziri ilə İranı müzakirə edir

Könül Məmmədova · Media ·

ABŞ vitse-prezidenti CD Vens bu səhər Vaşinqtonda Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşür.

Redaksiya Axios və Reuters-ə istinadla xəbər verir ki, görüşdə İranla aparılan danışıqlar, regional sabitlik və ABŞ-Qətər münasibətləri müzakirə olunur.

ABŞ rəsmilərindən biri Axios-a bildirib ki, Qətər Vaşinqton və Tehran arasında “vacib arxa kanal” rolunu oynayır.

Məlumata görə, Qətər tərəfi ABŞ və İran arasında razılaşma əldə olunması ehtimalını yüksək qiymətləndirir.

Görüş bölgədə gərginliyin davam etdiyi və İranla danışıqların diplomatik kanallar vasitəsilə yenidən aktivləşdirildiyi bir vaxtda keçirilir.