İtaliya polisinin məlumatına görə, iqlim fəalı Qreta Tunberq Venetsiyada keçirilən etiraz aksiyası zamanı şəhərin Böyük Kanalına yaşıl boya tökdüyünə görə saxlanılıb və ona qarşı inzibati tədbirlər görülüb.
Redaksiya xəbər verir ki, Tunberq 48 saat müddətinə Venetsiya ərazisinə girişdən məhrum edilib və 150 avro məbləğində cərimələnib. Bu qərar BMT-nin COP30 konfransının başa çatdığı gün İtaliyanın on müxtəlif şəhərində eyni vaxtda keçirilən aksiyalar çərçivəsində qəbul edilib.
Məlumata görə, həmin etiraz aksiyasında iştirak edən digər 35 fəal da analoji cərimələrə məruz qalıb. Rəsmilər bildiriblər ki, bu cür addımların qarşısının alınması üçün qanunvericilik çərçivəsində sərt tədbirlər davam etdiriləcək.
