ABŞ-ın paytaxtı Vaşinqtonda, NBC və FOX News-un baş ofislərinin qarşısında toplaşan bir qrup insan, İsrailin qətlə yetirdiyi jurnalist Ənəs əş-Şərif üçün etiraz aksiyası keçirib.
Redaksiya xəbər verir ki, aksiya iştirakçıları media qurumlarını “jurnalist qətllərinə qarşı kor, kar və lal mövqe tutmaqda” ittiham ediblər. Onlar beynəlxalq ictimaiyyəti və media təşkilatlarını müstəqil jurnalistlərin qorunması üçün tədbirlər görməyə çağırıblar.
Etirazçılar həmçinin İsrailin Qəzzada mülki əhalini və jurnalistləri hədəf almasını pisləyən şüarlar səsləndiriblər.
Sevinc Kərimova
