İran dövlət mediası ABŞ-la razılaşma layihəsinin ləğv olunma ehtimalının olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Tehran tərəfi sənədin bəzi maddələri üzrə fikir ayrılıqlarının hələ də qaldığını qeyd edir.
ABŞ Prezidenti Donald Tramp isə İranla mümkün razılaşmanın hələ tam müzakirə olunmadığını deyib.
“Saziş hələ tam razılaşdırılmayıb. Heç kim onu görməyib və onun nə olduğunu bilmir”, — deyə Tramp bildirib.
Məlumata görə, əsas mübahisəli məsələlər arasında İranın nüvə proqramı, sanksiyaların yumşaldılması, dondurulmuş aktivlər və regiondakı hərbi gərginliyin azaldılması var.
Danışıqların davam etməsinə baxmayaraq, həm Vaşinqton, həm də Tehran yekun razılaşmanın hələ təmin edilmədiyini göstərən mesajlar verir.
Bu fon İranla ABŞ arasında mümkün sazişin taleyini yenidən qeyri-müəyyən vəziyyətə salıb.
