Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq şöbə rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədov jurnalistləri 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli və çox dəyərli media nümayəndələri, xanımlar və cənablar
Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayıram. "Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız 150 illik tarixi ərzində ağır sınaqlarla üzləşərək bu günə gəlib çatıb. İnanırıq ki, siz də milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaqsınız. Sizinlə səmərəli əməkdaşlığa və ölkəmizdə mətbuatın inkişafı istiqamətində fəaliyyətinizə görə təşəkkürümü bildirirəm.
Əziz jurnalistlər, sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, işinizdə obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram. Bayramınız mübarək!
