İsrailin həyata keçirdiyi gizli əməliyyatın detalları məlum olub.
Redaksiya xəbər verir ki, birinci gün yayılan məlumatlara əsasən, İsrailin xüsusi xidmət orqanı Mossad İranın yüksək rütbəli generallarının istifadə etdiyi Votsap qrupuna sızıb. Qeyd edilir ki, Mossadın kibertəhlükəsizlik bölməsi bu qrupda olan bütün generallara eyni vaxtda sual tipli bir mesaj göndərib.
Mesaja cavab verən generalların dəqiq coğrafi koordinatları dərhal müəyyən edilib və İsrail hərbi təyyarələri həmin koordinatlara raket zərbələri endirib.
Hadisə regionda ciddi rezonans doğurub və bir sıra sualları gündəmə gətirib:
Sual 1: Dünyada uzun illərdir Votsap platformasının istifadəçi məlumatlarını topladığı və izləmə riski yaratdığı məlum olduğu halda, İranın yüksək rütbəli hərbi rəhbərliyinin bu tətbiqdən istifadə etməsi nə dərəcədə doğru idi?
Sual 2: Mossad daha əvvəl Livanda Hizbullahın rabitə cihazlarına partlayıcı yerləşdirmək kimi texnoloji imkanlara sahib olduğunu sübut edib. Bu halda Mossadın Votsapı ələ keçirə bilməyəcəyini düşünmək sadəlövhlük deyilmi? Belə risklərə qarşı niyə vaxtında tədbir görülməyib?
Hazırda məsələ ilə bağlı İran tərəfi rəsmi açıqlama verməyib. Təhlükəsizlik boşluqlarının araşdırılması və məsul şəxslərin müəyyən edilməsi üçün istintaqın davam etdiyi bildirilir.
Sevinc Kərimova
