Ursula fon der Leyen: Macarıstan Avropanın yoluna qayıdıb

Ursula fon der Leyen: Macarıstan Avropanın yoluna qayıdıb

Könül Məmmədova · Media ·

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Macarıstanın Avropa yoluna qayıtdığını bəyan edib. O, ölkənin seçimini vurğulayaraq, Avropanın da həmişə Macarıstanı seçdiyini bildirib.

Redaksiya xəbər verir ki, von der Leyen Macarıstanın bu addımının Birliyin ümumi güclənməsinə töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, bu proses Avropa İttifaqının daxili birliyini və dayanıqlığını daha da artırır.

Bu bəyanat Avropa İttifaqının üzv ölkələr arasında əməkdaşlığı və inteqrasiyanı dərinləşdirmək istiqamətindəki səylərini əks etdirir. Birlik rəhbərliyinin fikrincə, üzv dövlətlərin birgə fəaliyyəti Avropanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir.

Qeyd edək ki, Macarstanın keçmiş Baş naziri Viktor Orban seçkilərdə uduzub. O rəqibi Piter Macarı təbrik edib. Orban hakimiyyəti dövründə Avropa İttifaqı ilə bir sıra problemlər yaşayıb. Xüsusilə Rusiya müharibəsi dövründə. Onun baxışı Aİ-nin baxışından fərqlənirdi.