Ukraynanın Kiyevin nəzarətində olan ərazilərində hazırda təxminən 22-25 milyon nəfərin yaşadığı bildirilib.
Redaksiya məlumat verir ki, bu barədə Ukraynanın sosial siyasət naziri Denis Ulutin açıqlama verib.
Onun sözlərinə görə, ölkə əhalisinin azalmasına müharibə, miqrasiya və dərinləşən demoqrafik böhran təsir göstərib.
Müqayisə üçün, 1991-ci ildə Ukraynanın əhalisi təxminən 52 milyon nəfər idi.
Ulutin bildirib ki, əhali azalması ölkənin sosial siyasəti, əmək bazarı və gələcək iqtisadi bərpası üçün ciddi çağırışlardan biri olaraq qalır.
