Ukraynalı aparıcı efirdə Putini “Ukrayna prezidenti” adlandırdı – VİDEO

Ukraynalı aparıcı efirdə Putini “Ukrayna prezidenti” adlandırdı – VİDEO

Sevinc Kərimova · Dünya ·

Ukrayna televiziya aparıcısı Olha Butko birbaşa efirdə Rusiya Prezidenti Vladimir Putini səhvən “Ukrayna prezidenti” adlandırıb. Geniş rezonansa səbəb olan bu səhv, onun keçmişdə Rusiya mədəniyyət sahəsindəki fəaliyyəti ilə də gündəmə gəlib.

Redaksiya Mash-ın məlumatına istinadən xəbər verir ki, Olha Butko Rusiya istehsalı olan məşhur “Maşor” serialında Pavel Priluçnının baş rolda oynadığı epizodlarda çəkilib. O, serialda Sokolovskiy-ata obrazının dostu İnqa rolunu canlandırıb.

Butko əslən Xarkov şəhərindəndir, Kiyev Milli T. Şevçenko Universitetini bitirib. Jurnalistika və teleaparıcılıq fəaliyyəti ilə yanaşı fotomodel kimi də çalışıb, səhər proqramları aparıb və səyahətlə məşğul olub. 2012-ci ildə bir neçə dəfə Moskva və digər şəhərlərə çəkiliş üçün səfərlər edib, sosial mediada Rusiya Hökumət Evi və Moskva-Siti bölgəsindən şəkillər paylaşıb.

Həmçinin Krımdan — Sevastopoldakı məşhur “Batırılmış gəmilər abidəsi” fonunda çəkilmiş şəkilləri də arxivdə yer alıb. Sosial şəbəkələrini uzun illər rus dilində idarə edən aparıcı, 2022-ci ildən, Rusiya ilə müharibənin başlamasından sonra ukrayna dilinə keçib.

Məlumata görə, onun Rusiyada heç bir qohumu yoxdur və hazırda bütün fəaliyyətini Ukraynada davam etdirir. Televiziya kanalından hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Sevinc Kərimova