Ukrayna ordusunun 1 iyun 2025-ci il tarixində Rusiyanın strateji hava bazalarına PUA sürüləri ilə hücum həyata keçirməsinin ardından sosial şəbəkələrdə yayılan görüntülərdə dronların koordinasiyalı şəkildə havaya qalxaraq hədəfə doğru irəlilədiyi görünür.
Redaksiya məlumat verir ki, Clash Report-un açıqlamasına görə, bu hücumda süni intellekt sistemləri iştirak edib. Ukrayna kəşfiyyatı ötən il Rusiyanın Tu-95 və Tu-160 bombardmançılarını analiz edərək, onları avtomatik tanıyacaq və hücum edəcək süni intellekt əsaslı sistem hazırlayıb.
Bu sistem ilk dəfə real döyüşdə tətbiq olunaraq Rusiya hərbi texnikasına ciddi ziyan vurub. Bununla yanaşı, Rusiya nümayəndə heyətinin eyni vaxtda İstanbulda sülh danışıqları üçün yola çıxması prosesin gələcək inkişafı baxımından maraqlı siqnal kimi qiymətləndirilir.
Sevinc Kərimova
