Ukrayna parlamentində millət vəkilləri dalaşdılar

Ukrayna parlamentində millət vəkilləri dalaşdılar

Sevinc Kərimova · Siyasət ·

Ukrayna Ali Radasında deputatlar Aleksey Qonçarenko və Daniil Hetmantev arasında fiziki qarşıdurma yaşanıb.

Redaksiya xəbər verir ki, insident parlamentin tribunası arxasında baş verib. Kadrlarda Hetmantevin Qonçarenkoya fiziki təzyiq göstərdiyi, daha sonra digər deputatların onları ayırmağa çalışdığı müşahidə olunub.

Hadisəyə baxmayaraq, parlament büdcəyə dəyişiklikləri qəbul edərək Ukrayna Silahlı Qüvvələri üçün əlavə 412 milyard qrivna (~17 milyard manat) vəsait ayrılmasına qərar verib.

Sevinc Kərimova