Ukrayna ordusunun Moskvanın ən iri enerji obyektlərindən biri sayılan Şatura Termik Elektrik Stansiyasına zərbə endirməsi bölgədə gərginliyin daha da artmasına səbəb olub.
Redaksiya xəbər verir ki, hücum nəticəsində stansiyanın fəaliyyətində ciddi fasilələr yaranıb və hadisə ilə bağlı ilkin məlumatlar yerli qurumlar tərəfindən araşdırılır.
Hadisənin Moskvanın enerji təchizatına təsiri ilə bağlı yekun qiymətləndirmə aparılmasa da, ekspertlər bunun genişmiqyaslı elektrik kəsintilərinə yol aça biləcəyini bildirirlər. Səlahiyyətilər regionda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
