Ukrayna məhkəməsi Yermakın həbsinə qərar verdi

Ukrayna məhkəməsi Yermakın həbsinə qərar verdi

Yulduz Səlimov · Media ·

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak barəsində 60 günlük həbs qətimkan tədbiri seçib.

Redaksiya Reuters və “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, məhkəmə Yermak üçün alternativ olaraq 140 milyon qrivna məbləğində girov müəyyən edib. Qərar çirkli pulların yuyulması ilə bağlı iş çərçivəsində qəbul olunub.

İstintaq Yermakı Kiyev yaxınlığında elit yaşayış layihəsi vasitəsilə təxminən 460 milyon qrivnanın leqallaşdırılması işində iştirakda şübhəli bilir. Yermak ittihamları rədd edir və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Məhkəmə qərarının tam mətni mayın 18-də açıqlanacaq. Müdafiə tərəfi qərardan 5 gün ərzində şikayət verə bilər.

Yermak dərhal həbs zalından aparılmayıb. Onun ya girov məbləğini toplaması, ya da qərardan apellyasiya qaydasında şikayət verməsi üçün hüquqi prosedur imkanları qalır.