Böyük Britaniyanın The Telegraph nəşrinin məlumatına görə, Ukrayna müəyyən əraziləri Rusiyaya verməyə hazır olduğunu bildirib.
Redaksiya xəbər verir ki, söhbət Luqansk, Donetsk, Zaporojye, Xerson vilayətlərindən və Krım yarımadasından gedir. Nəşr yazır ki, bu mövzu iki ölkə arasında aparılan danışıqlarda gündəmdədir və tərəflər mümkün razılaşmanın şərtlərini müzakirə edirlər.
Məlumata əsasən, belə bir addımın atılması Ukrayna ilə Rusiya arasında davam edən müharibənin dayandırılması və uzunmüddətli sülhün təmin edilməsi məqsədi daşıyır.
Sevinc Kərimova
