Uitaker: Artıq növbə Avropa vergi ödəyicilərindədir

Uitaker: Artıq növbə Avropa vergi ödəyicilərindədir

Yulduz Səlimov · Media ·

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Mett Uitaker Avropa müttəfiqlərinin Ukraynaya verilən dəstəkdə əsas məsuliyyəti üzərinə götürməli olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ bu prosesdə indiyədək böyük rol oynayıb.

Redaksiya Newsmax və TASS-a istinadla xəbər verir ki, Uitaker Co Baydenin prezidentliyi dövründə ABŞ vergi ödəyicilərinin yüz milyonlarla dollar vəsaitinin Ukraynaya yönəldiyini deyib. O bildirib ki, hazırkı mərhələdə bu yükü daha çox Avropa vergi ödəyiciləri daşımalıdır.

Uitakerin sözlərinə görə, Vaşinqtonun yeni yanaşması ABŞ silahlarının NATO müttəfiqləri tərəfindən alınaraq Ukraynaya ötürülməsinə əsaslanır. Bu modelin məqsədi həm Ukraynanın müdafiə imkanlarını qorumaq, həm də Amerika vergi ödəyicilərinin birbaşa maliyyə yükünü azaltmaqdır.

ABŞ rəsmisi vurğulayıb ki, əsas məsələ yalnız yardım yükünün bölüşdürülməsi deyil, müharibənin başa çatdırılmasıdır. Uitaker bildirib ki, Vaşinqtonun prioriteti davamlı atəşkəsə nail olmaq, tərəfləri danışıqlar masasına gətirmək və Ukraynada ölümləri dayandırmaqdır.