Türkiyənin dəstəyi ilə Sudan ordusu Hartumda nəzarəti tam bərpa etdi

Türkiyənin dəstəyi ilə Sudan ordusu Hartumda nəzarəti tam bərpa etdi

Sevinc Kərimova · Siyasət ·

Sudanda Türkiyə dəstəyi ilə mühüm dəyişiklik baş verib.

Redaksiya xəbər verir ki, Sudan ordusu İsrail və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Sürətli Qüvvələri (RSF) Hartum bölgəsindən tamamilə çıxararaq ərazidə nəzarəti tam bərpa edib.

Məlumata görə, Hartumda iş yerləri, restoranlar və bazarlar yenidən fəaliyyətə başlayıb. Şəhər rəhbərliyi infrastrukturun bərpası və təhlükəsizlik tədbirlərinə sürətlə start verib.

Sudan hökuməti ilkin mərhələdə Türkiyəyə ümumilikdə 100 min hektar, yəni 1 milyard kvadratmetr kənd təsərrüfatı sahəsinin icarəyə verilməsini təsdiqləyib. Türkiyə həmin ərazilərdə əkin və istehsal işlərinə başlayacaq.

Bundan əlavə, Sudan yalnız neft istehsal edən ölkə deyil, eyni zamanda qızıl, uran və sink kimi zəngin mədən ehtiyatlarına sahibdir.

Türkiyə isə yalnız Sudanla kifayətlənmir. Hazırda Türkiyə Niger, Sudan və Somali kimi ölkələrdə neft, təbii qaz və mədən sahəsində genişmiqyaslı fəaliyyət göstərir. Nigerdə bu il ilk dəfə qızıl hasilatına da başlanılıb.

Sevinc Kərimova