Türkiyənin Ondokuz Mayıs Universitetində süni intellekt texnologiyasına əsaslanan ağıllı işıqfor sistemi hazırlanıb.
Redaksiya xəbər verir ki, yeni texnologiya piyada keçidlərində yaşlı, fiziki məhdudiyyətli və uşaqları tanıya bilir və onların təhlükəsiz keçidini təmin etmək üçün xüsusi olaraq yaşıl işığın müddətini avtomatik tənzimləyir.
Layihə çərçivəsində qurulan sistem süni intellekt və görüntü tanıma texnologiyasını birləşdirərək, fərqli yaş və fiziki vəziyyətdə olan şəxsləri ayırd edə bilir.
Mühəndislər bildirir ki, bu texnologiya həm piyadaların təhlükəsizliyini artıracaq, həm də yol hərəkətini daha effektiv şəkildə tənzimləyəcək.
Yeni ağıllı işıqforun yaxın vaxtlarda Türkiyənin müxtəlif şəhərlərində tətbiq olunması planlaşdırılır.
Fərid Əlizadə
