Türkiyədə nəzarəti itirmiş pilotsuz uçuş aparatı zərərsizləşdirildi

Türkiyədə nəzarəti itirmiş pilotsuz uçuş aparatı zərərsizləşdirildi

Sevinc Kərimova · Hadisə ·

Türkiyə Milli Müdafiə Nazirliyi Karadeniz istiqamətindən ölkənin hava məkanına yaxınlaşan naməlum uçuş izinin müşahidə edildiyini açıqlayıb. Bildirilib ki, ilkin qiymətləndirmə zamanı obyektin hərəkət trayektoriyası diqqətlə izlənilib və təhlükəsizlik prosedurları dərhal işə salınıb.

Redaksiya xəbər verir ki, hadisə ilə bağlı NATO və milli nəzarətdə olan F‑16 qırıcılarına təcili reaksiya tapşırığı verilib. Araşdırma nəticəsində uçuş izinin nəzarətdən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib və mülki əhaliyə risk yaratmamaq üçün xüsusi tədbirlər görülüb.

Nazirliyin məlumatına görə, aparat yaşayış məntəqələrindən kənarda müəyyən edilmiş təhlükəsiz ərazidə vurularaq zərərsizləşdirilib. Rəsmi qurum hadisə zamanı hər hansı əlavə təhlükə və ya fəsadın qeydə alınmadığını vurğulayıb.