Türkiyə və ABŞ Suriyada PKK qruplaşmalarına 30 gün vaxt verdi

Türkiyə və ABŞ Suriyada PKK qruplaşmalarına 30 gün vaxt verdi

Sevinc Kərimova · Dünya ·

İngiltərə mətbuatında yayılan məlumatlara görə, Türkiyə və ABŞ Suriyada yeni hərbi və siyasi plan üzərində razılığa gəlib.

Redaksiya xəbər verir ki, yayılan xəbərlərdə Suriya Demokratik Qüvvələri (SDQ) və PKK-nın digər törəmə qruplarına fəaliyyətlərini dayandırmaq üçün 30 günlük müddət verildiyi iddia olunur.

Mənbələrə əsasən, bu müddət ərzində PKK-nın Suriyadakı təsir dairəsinin azaldılması və bölgənin sabitləşdirilməsi məqsədilə bir sıra birgə tədbirlər planlaşdırılır. Vaxtında addım atılmasa, həm Türkiyə, həm də ABŞ-ın daha sərt tədbirlərə keçəcəyi qeyd olunur.

Rəsmi mənbələrdən məsələ ilə bağlı hələlik təsdiq və ya təkzib verilməyib. Gözləntilər ondan ibarətdir ki, qarşıdakı günlərdə məsələ ilə bağlı rəsmi açıqlama yayımlansın.

Sevinc Kərimova