Türkiyə kriptovalyuta birjası BtcTürk hekləndi

Türkiyə kriptovalyuta birjası BtcTürk hekləndi

Fərid Əlizadə · Texnologiya ·

Türkiyənin aparıcı kriptovalyuta platformalarından BtcTürk-ün kiberhücum nəticəsində zərər gördüyü bildirilib.

Redaksiya xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, hücum nəticəsində 40 milyon ABŞ dollarından çox vəsait itirilib. Hadisənin məhz hansı tarixdə və hansı texniki zəiflikdən istifadə edilərək həyata keçirildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

BtcTürk rəhbərliyi zərərin miqyasını dəqiqləşdirmək və istifadəçilərin hesablarını qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirdiyini, hüquq-mühafizə orqanları və kiber təhlükəsizlik mütəxəssisləri ilə əməkdaşlıq etdiyini açıqlayıb. İstifadəçilərə hesablarını yoxlamaları və şübhəli əməliyyatlar barədə dərhal bildirilməsi tövsiyə olunub.

Fərid Əlizadə