Azərbaycan Hərbi Dəniz Qüvvələrinin inventarına Türkiyədə istehsal olunan “Salvo” Silahlı İnsansız Dəniz Aparatı (SİDA) əlavə edilib.
Redaksiya xəbər verir ki, yeni texnika bu gün keçirilən hərbi təlim zamanı nümayiş etdirilib. “Salvo” SİDA yüksək manevr qabiliyyəti, uzaq məsafədən idarə olunma imkanı və üzərindəki silah sistemləri ilə müxtəlif dəniz əməliyyatlarında istifadə oluna biləcək müasir platforma hesab olunur.
Təlimdə sınaqdan keçirilən aparatın Azərbaycan Donanmasının döyüş imkanlarını artıracağı və xüsusilə dənizdə müşahidə, patrul və hücum tapşırıqlarında əhəmiyyətli rol oynayacağı bildirilir.
Sevinc Kərimova
