Türkiyə iqtisadiyyatı Yunanıstanı qabaqlayır

Türkiyə iqtisadiyyatı Yunanıstanı qabaqlayır

Redaksiya · Media ·

Yunanıstanın "Pentapostagma" qəzetində dərc olunan bir araşdırma, Türkiyə və Yunanıstan arasında iqtisadi rəqabəti əhatə edən beynəlxalq tədqiqatları və statistik nəticələri diqqət mərkəzinə alıb. Bu tədqiqatda hər iki ölkənin iqtisadi göstəriciləri, xüsusilə turizm gəlirləri, ixrac və yanacaq qiymətləri kimi mühüm sahələrdə müqayisə edilib. Məlumatlara görə, Türkiyə bu başlıqların bir çoxunda Yunanıstanı qabaqlayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, yanacaq qiymətlərində Yunanıstan diqqətəlayiq dərəcədə bahalı olaraq qalır. Belə ki, bir litr benzinin qiyməti Yunanıstanda 1.92 avronu ötərkən, Türkiyədə bu rəqəm 1.20 avro səviyyəsindədir. Bu fərq, istehlakçılar üçün əhəmiyyətli bir göstəricidir.

Turizm gəlirləri baxımından da Türkiyənin üstünlüyü qeyd olunur. Yunanıstanın 2025-ci ildə 23.6 milyard avro gəlir əldə etməsi proqnozlaşdırılır, Türkiyə isə 56.2 milyard avronu ötərək rəqibini iki dəfədən çox qabaqlayıb. İxrac sahəsində isə fərq daha da kəskinləşir: Yunanıstan 48.6 milyard avroda qaldığı halda, Türkiyə 236 milyard avro ilə böyük bir sıçrayış edib. Bu rəqəmlər, iki iqtisadiyyat arasındakı fərqin müxtəlif sahələrdə dəyişdiyini, lakin ümumi mənzərədə Türkiyənin xüsusilə istehsal və ixrac gücü ilə önə çıxdığını göstərir.