Türkiyə ilə Böyük Britaniya arasında “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması ilə bağlı danışıqlarda son mərhələyə keçildiyi bildirilir. İngiltərənin Baş naziri Kir Starmerin Ankaraya səfəri zamanı razılaşmanın imzalanması gözlənilir.
Redaksiya CNN-ə istinadla xəbər verir ki, Kraliyyət Hərbi Hava Qüvvələri üçün istehsal edilən bəzi təyyarələr Türkiyəyə təhvil veriləcək. Bundan əlavə, hazırda Oman Sultanlığından alınması planlaşdırılan döyüş təyyarələri modernləşdirildikdən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə təqdim olunacaq.
Müqavilənin imzalanmasından dərhal sonra türk pilotlarının “Eurofighter” sistemlərinə uyğunlaşma və təlim proseslərinə başlanacağı bildirilir. Bu addım Türkiyənin hava müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
