“Troni İnvestisiya Şirkəti”nin rəhbəri CƏRİMƏLƏNDİ

“Troni İnvestisiya Şirkəti”nin rəhbəri CƏRİMƏLƏNDİ

Aytac Dəniz · İqtisadiyyat ·

“Troni İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 10 min manat məbləğində cərimə edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. 

Məlumata görə, Mərkəzi Bankın cari nəzarət prosesləri zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.

Bununla əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən şirkətin vəzifəli şəxsi 10 min manat cərimə olunub.

Qeyd edək ki, 598.1.1-ci maddə maliyyə institutlarının müştəri uyğunluğu tədbirlərinə, eləcə də məlumat və sənədlərin saxlanılmasına dair tələblərə əməl etməməsini nəzərdə tutur. 598.1.2-ci maddə isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət proqramının tətbiq edilməməsi və ya tam tətbiq olunmaması ilə bağlıdır.  

Yəni sadə dillə, cərimə müştərilərin yoxlanılması və sənədləşdirilməsi üzrə tələblərə, eləcə də şirkətdaxili AML nəzarət mexanizmlərinə tam əməl olunmaması ilə bağlıdır.

Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 2026-cı ilin əvvəlinə 2,4 milyon manat təşkil edib. Şirkətin yeganə səhmdarı Siyavuş Səfiyevdir, direktoru isə Elmidar Şirinzadədir.