ABŞ prezidenti Donald Trampın ikinci dəfə prezident seçildikdən sonra ilk 100 günü ərzində atdığı addımlar dünya ictimaiyyətinin diqqətini çəkib. Bu müddət ərzində Trampın imzaladığı fərmanlar, tətbiq etdiyi tariflər və xarici siyasətdəki dəyişikliklər geniş müzakirələrə səbəb olub.
Redaksiya xarici mətbuata istinadla xəbər verir ki, Trampın imzaladığı 142-dən çox icra sərəncamı, əvvəlki prezidentlərin ilk 100 günündəki göstəricilərini üstələyib. Bu sərəncamlar, federal agentliklərə qanun qüvvəsinə malik olan, lakin Konqresin təsdiqini tələb etməyən göstərişlərdir. Yanvarın 20-də, vəzifəyə başladığı ilk gündə Tramp, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı ittiham olunan 1500-dən çox şəxsi əfv etdi, Ümumdünya Səhiyyə Təşkilatından çıxdı və Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirdi. İmmigrasiya, sərhəd təhlükəsizliyi, enerji və ticarət məsələləri də əsas diqqət mərkəzində olub.
Trampın dövründə 1500-dən çox şəxs, o cümlədən 2020-ci il prezident seçkilərindəki məğlubiyyətindən sonra 2021-ci il yanvarın 6-da ABŞ Kapitoliyə hücumu ilə əlaqədar ittiham olunan tərəfdarları əfv edilib. "Silk Road" dark web bazarının qurucusu Ross Ulbricht də əfv edilənlər sırasındadır.
Trampın yaratdığı Dövlət Səmərəliliyi Departamenti (DOGE) hökumət xərclərini azaltmaq məqsədi daşıyır. DOGE-nin məlumatına görə, federal büdcədən 160 milyard dollar qənaət edilib. Bu rəqəmlər tənqidlərlə qarşılanıb.
Tramp administrasiyası, ABŞ-ın ticarət kəsirini azaltmaq, ədalətsiz ticarət siyasətlərini aradan qaldırmaq, istehsal işlərini ölkəyə qaytarmaq və ABŞ hökuməti üçün gəlir yaratmaq məqsədilə bir sıra tariflər tətbiq edib. Kanada və Meksika mallarına 25 faiz, Çin mallarına isə 10 faiz tarif tətbiq edilib.
Trampın siyasəti bazarlarda qeyri-müəyyənlik və volatilliyə səbəb olub. Seçkilərdən sonra əsas indekslər düşüb. Trampın ilk 100 günündə 11 dünya lideri ilə görüşüb.
Xarici siyasətdə Tramp, Ukraynaya hərbi yardımı dayandırıb, Qəzzanı yenidən qurmaq təklifini irəli sürüb və Yəməndə hərbi əməliyyatları artırıb.
Trampın 2024-cü il seçki kampaniyasında verdiyi 75 vəddən altısı yerinə yetirilib, biri pozulub, dördü üzrə işlər davam edir, 23-ü üzərində isə iş aparılır.
Sevinc Kərimova
