Trampın qısa müsahibəsi yayıldı: “Müharibələri dayandırmağı sevirəm…”

Trampın qısa müsahibəsi yayıldı: “Müharibələri dayandırmağı sevirəm…”

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp müxtəlif mövzularda çıxış edərək həm beynəlxalq münaqişələr, həm də liderlərlə münasibətlər barədə fikirlərini bölüşüb.

Redaksiya xəbər verir ki, Tramp Hindistan və Pakistan arasında baş verən gərginlikdən danışaraq, iki ölkənin nüvə silahlarından istifadə həddinə çatdığını bildirib. Onun sözlərinə görə, tərəflər bir-birinin altı hərbi təyyarəsini vurub.

Krım məsələsinə toxunan Tramp qeyd edib ki, bu ərazi ölçüsünə görə Texas ştatına yaxın dərəcədə böyüklüyə malikdir. “Əgər mən həmin torpağı güzəştə getsəydim, növbəti 20 il ərzində bütün qəzetlərin manşetində olardım. Amma Obama verdiyi zaman media buna heç toxunmadı”, – deyə Tramp vurğulayıb.

Ukrayna müharibəsi barədə danışan ABŞ Prezidenti münaqişənin sona çatdırılması üçün yaxşı şans olduğunu bildirib: “Putin və Zelenski arasında münasibətlər çətindir. Görək, onlar necə edəcəklər”.

İsrail Baş naziri Benyamin Netanyahudan bəhs edən Tramp onu “müharibə qəhrəmanı” adlandırıb və əlavə edib: “Deyəsən, mən də eləyəm”.

Sevinc Kərimova