Trampın Qətər səfəri: Konvoyu Tesla Cybertruck-lar müşayiət etdi – VİDEO

Trampın Qətər səfəri: Konvoyu Tesla Cybertruck-lar müşayiət etdi – VİDEO

Sevinc Kərimova · Dünya ·

ABŞ-ın prezidenti Donald Tramp Qətərin paytaxtı Dohaya səfəri zamanı diqqətçəkən görüntülərlə gündəmə gəlib. Trampın konvoyuna Qətər polisi tərəfindən Tesla şirkətinin məşhur elektrik avtomobili olan Cybertruck modelləri ilə müşayiət edilib.

Redaksiya xəbər verir ki, Qətər rəsmilərinin bu addımı texnoloji innovasiyalara verdikləri əhəmiyyətin bir göstərisi və ABŞ iqtisadiyyatına isti yanaşma göstərmək kimi dəyərləndirilir. Trampın səfəri çərçivəsində hansı görüşlərin keçiriləcəyi açıqlanmasa da, müşayiət detalları beynəlxalq mediada geniş marağa səbəb olub.

Tesla Cybertruck-ların rəsmi təhlükəsizlik konvoyunda istifadəsi həm də regionda elektromobil texnologiyasına keçidin simvolik göstəricisi kimi qiymətləndirilir.

Trampın bu səfəri və Qətərlə mümkün danışıqları ilə bağlı yeni məlumatların yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Sevinc Kərimova