ABŞ Prezidenti Donald Tramp ilə Cənubi Afrika Prezidenti Kiril Ramafosa arasında keçirilən görüş zamanı Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı maraqlı açıqlama verib. O, Zelenskiyə zəng etdiyini, lakin onun Cənubi Afrikada olduğunu öyrəndiyini bildirib.
Redaksiya beynəlxalq mənbələrə istinadən xəbər verir ki, Tramp görüş zamanı deyib: “Zelenskiyə zəng etdim. Dedilər ki, o, Cənubi Afrikadadır. Mən də dedim, lənət olsun! Onun orada nə işi var?"
Bu açıqlama fonunda Zelenskinin Cənubi Afrikaya etdiyi səfər və orada həyata keçirdiyi investisiya planları diqqət mərkəzinə düşüb. Məlumata görə, Ukrayna Prezidenti Northam Platinum Ltd şirkətində nəzarət payı əldə edib. Bu şirkət Cənubi Afrikanın ən böyük platin hasilatı müəssisələrindən biridir. Müqavilənin ümumi dəyəri 1,6 milyard dollar olaraq qiymətləndirilir.
Sözügedən alış Ukrayna liderinin Afrika qitəsində iqtisadi nüfuzunu artırmaq niyyətinin bir hissəsi kimi şərh olunur. Cənubi Afrika tərəfi isə bu investisiyanı “ikitərəfli strateji əməkdaşlığın təməli” adlandırıb.
Trampın açıqlaması isə diplomatik dairələrdə həm təəccüblə, həm də yumorla qarşılanıb.
Sevinc Kərimova
