ABŞ prezidenti Donald Tramp İkinci Dünya Müharibəsi ilə bağlı verdiyi açıqlamalarla gündəmə gəlib. O, Fransanın hər il qələbəni qeyd etdiyini, lakin ABŞ-ın bunu etmədiyini vurğulayıb və savaşın əsas qalibinin ABŞ olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Trampın sözlərinə görə, Hitler vaxtilə Eyfel qülləsində çıxış edib. O həmçinin qeyd edib ki, Rusiya müharibədə ABŞ-a yardım etsə də, 51 milyon insanını itirib: “Ruslar çox yardımçı oldular, amma 51 milyon insan itirdilər.” ABŞ prezidenti bu fikirləri ilə həm tarixçilərin, həm də ictimaiyyətin diqqətini cəlb edib.
Tramp əlavə olaraq iqlim fəalı Qreta Tunberqə də münasibət bildirib: “Qreta Tunberq çox qəribə insandır. Çox hirsli görünür. Düşünürəm ki, qəzəbini idarə etmək üçün terapiyaya getməlidir.”
Sevinc Kərimova
