ABŞ prezidenti Donald Tramp, Latın Amerikasında fəaliyyət göstərən narkotik kartellərinə qarşı hərbi gücdən istifadə edilməsi üçün Pentaqona göstəriş verib. New York Times-ın məlumatına görə, bu qərar ABŞ-ın narkotik qaçaqmalçılığı ilə mübarizə strategiyasının sərtləşdirilməsi çərçivəsində qəbul olunub.
Redaksiya xəbər verir ki, Tramp administrasiyası narkotik kartellərinin ABŞ-a qeyri-qanuni yolla narkotik maddələr daxil etməsini milli təhlükəsizlik üçün birbaşa təhdid hesab edir. Prezidentin göstərişinə əsasən, Pentaqon müvafiq hərbi əməliyyat planlarını hazırlayacaq.
Siyasi müşahidəçilər bu addımın ABŞ-ın Latın Amerikası ölkələri ilə münasibətlərinə təsir göstərə biləcəyini və regionda təhlükəsizlik məsələlərinin daha da ön plana çıxacağını vurğulayırlar.
Sevinc Kərimova
