Tramp Venesuelanı 51-ci ştat etməyi düşündüyünü bildirib

Tramp Venesuelanı 51-ci ştat etməyi düşündüyünü bildirib

Könül Məmmədova · Media ·

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ideyasını “ciddi şəkildə nəzərdən keçirdiyini” bildirib.

Redaksiya “Fox News”a istinadla xəbər verir ki, Tramp Venesuelanın böyük neft ehtiyatlarına sahib olduğunu və ölkədə ABŞ-a münasibətin müsbət olduğunu iddia edib.

Məlumata görə, Tramp daha əvvəl də Venesuela ilə bağlı “ştatlıq” fikrini gündəmə gətirmiş və bunu ölkədəki siyasi dəyişikliklər fonunda səsləndirmişdi.

ABŞ liderinin açıqlaması Vaşinqtonun Latın Amerikası siyasəti və Venesuelanın gələcək statusu ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Venesuela tərəfi məsələyə hələlik rəsmi münasibət bildirməyib.