Tramp və Makron Sülh Sammitində qol güləşi edərkən görüntüləniblər – VİDEO

Tramp və Makron Sülh Sammitində qol güləşi edərkən görüntüləniblər – VİDEO

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti zamanı kameralara fərqli anlarla düşüblər.

Redaksiya xəbər verir ki, iki lider görüş öncəsi zarafat tonunda “qol güləşi” edərkən görüntülənib. Sammit iştirakçıları bu anı alqışlarla qarşılayıblar.

Hadisə sosial şəbəkələrdə sürətlə yayılıb və bir çox beynəlxalq media orqanı Tramp və Makronun bu jestini “sülhün simvolik nümayişi” kimi dəyərləndirib.