Tramp Ukrayna ilə bağlı üç günlük atəşkəs elan edib

Tramp Ukrayna ilə bağlı üç günlük atəşkəs elan edib

Sevinc Kərimova · Media ·

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 9, 10 və 11 may tarixlərini əhatə edən üç günlük atəşkəs elan olunduğunu bildirib.

Redaksiya Reuters və digər beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, atəşkəs İkinci Dünya müharibəsində qələbənin ildönümü ilə əlaqədar planlaşdırılıb.

Məlumata görə, Moskva daha əvvəl 8-10 may tarixlərində atəşkəs rejimi təklif etmişdi. Ukrayna tərəfi isə buna paralel olaraq ayrıca atəşkəs təşəbbüsləri irəli sürmüşdü.

Rusiya Müdafiə Nazirliyi atəşkəs dövründə bütün bölmələrin əvvəlki mövqelərində qalacağını açıqlasa da, tərəflər artıq bir-birini pozuntularda ittiham etməyə başlayıb.

Tramp son açıqlamalarında Ukrayna müharibəsində atəşkəs və sülh danışıqlarının sürətləndirilməsinin vacibliyini vurğulayıb.